Ben-Qvir “Hizbullah”la atəşkəsin əleyhinədir

saytların hazırlanması

Evə çatdırılma

Ben-Qvir “Hizbullah”la atəşkəsin əleyhinədir

Dünya

25 Noyabr 2024 14:05 458


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın "Hizbullah" hərəkatı ilə mümkün atəşkəs razılaşması əleyhinə çıxıb.

Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, ifrat sağçı Otzma Yehudit partiyasının lideri bildirib:

"Bu razılaşmanı dayandırmaq üçün hələ gec deyil. Biz mütləq qələbəyə qədər hərəkətə davam etməliyik! Döyüş meydanındakı komandirləri dinləməliyik. Xüsusilə, indi, "Hizbullah" məğlub olduqda və atəşkəs istədikdə, biz dayana bilmərik". pizza sifarişi

Ben-Qvir bundan əvvəl həm Qəzza zolağında, həm də Livanda atəşkəs razılaşmalarına qəti şəkildə qarşı çıxıb. Əks halda o, partiyasını İsraildə hakim koalisiyadan çıxarmaqla hədələyib.

İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq atəşkəs razılaşmasının “günlər ərzində” əldə oluna biləcəyini deyib. O qeyd edib ki, razılaşdırılmalı olan bir neçə məqam qalıb, lakin layihə İsrail hökumətinin təsdiqini almalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!