Benzema fransalı siyasətçini məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Benzema fransalı siyasətçini məhkəməyə verdi

İdman

10 May 2022 18:06 197


"Real"ın futbolçusu Kərim Benzema fransalı siyasətçi Damien Rieunu məhkəməyə verib.

Yenisabah.az "Le Parisien"ə istinadən xəbər verir ki, buna səbəb onun 34 yaşlı hücumçunu ölkəsinə qarşı çıxması ilə bağlı günahlandırmasıdır. Radikal esktremist qruplarla əlaqəsi olduğu iddia edilən Benzema bunların bir qara piyar kampaniyası olduğunu düşünür. Damien 2020-ci ildə Benzemaya qarşı 2 dəfə "Tvitter" paylaşımı edib. "Rosenquit" partiyasının üzvü Rieu Benzemanın Meaux şəhərinin imamı Nurdin Mamou ilə çəkdirdiyi fotonu izləyicilər ilə bölüşüb. O, paylaşımına bu şərhi yazıb: "Benzemanın evinə basqın təşkil edilən Nurdine Mamounu ziyarət etdiyini öyrənmək maraqlı idi".

Bu paylaşımdan bir müddət əvvəl Fransa polis Mamounun evinə basqın etmişdi. Bu, fransız dili müəllimi Samuel Patinin İŞİD üzvü tərəfindən öldürülməsindən bir neçə gün sonra olub. Lakin polis Mamouna qarşı heç bir istintaq işi açmayıb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!