“Real”ın hücumçusu Kərim Benzemanın evi qarət olunub.
Yenisabah.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən “Elçe”yə qarşı keçirilən La Liqanın 22-ci turunun matçının gedişatında baş verib. Fransalı futbolçu meydanda olduğu vaxt oğrular onun San-Sebastyan-de-los-Reyesdəki evinə giriblər. Benzemaya dəyən ziyanla bağlı məlumat verilmir.
Qeyd edək ki, 2019-cu ildə “Barselona”ya qarşı oyun zamanı da Benzemanın evi qarət edilmişdi. Dördpendirli pizza
Telegram kanalımız