Benzinin ən ucuz olduğu ölkələr - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Benzinin ən ucuz olduğu ölkələr - Siyahı

İqtisadiyyat

29 İyul 2019 12:23 2348


Avropada orta əmək haqqına uyğun gəlirlə ən çox benzin almaq Lüksemburqda mümkündür.

"Yeni Sabah"Report”a istinadən xəbər verir ki, Avropa ölkələrinin bu il iyul ayının əvvəlinə olan rəsmi statistika məlumatlarındakı Aİ-95 benzininin qiymətinin orta əməkhaqqına nisbətinə əsasən hazırlanan reytinqdə birinci pilləni tutan Lüksemburqda orta aylıq əməkhaqqı məbləğinə 2,9 min litr benzin almaq olar. İkinci yerdəki Norveç üçün bu rəqəm 2,2 min litrdir. Sonrakı yerləri 1,9 min litrdən yuxarı göstəriciyə malik Avstriya, İrlandiya, Böyük Britaniya tutur.

Reytinqin son pilləsində 279 litr göstəricisinə malik Ukrayna qərarlaşıb. Həmçinin Bolqarıstan, Rumıniya, Latviya, Belarus vətəndaşları da orta aylıq əmək haqqına uzaqbaşı 560 litr benzin almaq iqtidarındadır. pizza sifarişi

Aİ-95 markalı benzinin ən ucuz qiymətə satıldığı reytinqdə iştirak edən ölkələr arasında Qazaxıstan, Rusiya, Belarus və Ukrayna, ən bahalı benzin olan ölkələr sırasında isə Niderland, Norveç, Danimarka, Yunanıstan, İtaliyadır. Həmçinin ən ucuz dizel yanacağı Qazaxıstan və Rusiyada, ən bahalı isə Norveç, İsveç, İtaliya, Böyük Britaniya, Belçika, Fransadadır.

Reytinqdə iştirak edən ölkələrdən yalnız Qazaxıstanda (3,9 faiz) və Ukraynada (1,3 faiz) benzin ucuzlaşıb, Maltada isə dəyişməz qalıb. Ən çox bahalaşma Bolqarıstanda (13,6 faiz), Litvada (12 faiz), Macarıstanda (11,5 faiz) qeydə alınıb. Dizel yanacağı da reytinqdə iştirak edən 33 ölkənin 28-də bahalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!