Berbok Bakıya gəldi və ərindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Berbok Bakıya gəldi və ərindən ayrıldı

Dünya

23 Noyabr 2024 00:11 991


Almaniya xarici işlər naziri Annalena Berbok və əri Daniel Holeflyaş 17 illik evliliklərinə son qoyublar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Berlində onların ayrılması ilə bağlı çoxdandır ki, söz-söhbətlər gəzirdi. Artıq XİN rəhbəri Annalena Berbok və əri Daniel Holeflyaş təsdiqləyir. 17 ildən sonra onların evlilikləri bitdi”, - deyə bildirilib. Toyuqlu pizza

Cütlük yeni münasibətə girmədiklərini və 9 və 13 yaşlı iki qızlarının xatirinə Potsdamda birlikdə yaşamağa davam etdiklərini qeyd ediblər.

Nəşr onu da qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Berbokun barmağında nikah üzüyü olmayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!