Bərdə bazarında yoxlama: Nöqsanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bərdə bazarında yoxlama: Nöqsanlar aşkarlandı

Sosial

14 Mart 2025 20:10 258


Bərdə rayonu, Güloğlular kəndində bazarda sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı bazarda baytarlıq sənədləri olmayan süd, balıq məhsullarının və müşayiətedici sənədləri olmayan tərəvəz məhsullarının satışa çıxarıldığı, qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, eləcə də üzərində etiket məlumatlarının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Toyuqlu pizza

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BELƏ HALLARIN OLMADIĞI ELƏ BİR BAZAR VARMI?
    1 year ago