Bərdə sakini kafedə həmyerlilərini güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakini kafedə həmyerlilərini güllələdi

Kriminal

31 Oktyabr 2022 14:48 1026


Bərdə sakini kafedə həmyerlilərini güllələyib. 

“Report”un xəbərinə görə, hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib. Marqarita pizza

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!