Bərdədə 2 narkotacir ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə 2 narkotacir ələ keçdi

Kriminal

03 Sentyabr 2022 10:15 921


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. pizza hut

Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!