Bərdədə əlil arabasında olan piyadanı “KamAZ” vuraraq öldürdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə əlil arabasında olan piyadanı “KamAZ” vuraraq öldürdü - Fotolar

Hadisə

07 İyul 2023 00:29 1359


Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük avtomobili əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub. Dördpendirli pizza

Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobilinə dəyib.

Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

“KamAZ” markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!