Bərdədə “patı“ satanlar tutuldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə “patı“ satanlar tutuldu - Fotolar

Kriminal

01 Dekabr 2021 13:09 885


Bərdədə narkotik satanlar müəyyən edilib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb. Marqarita pizza

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!