Berlində Azərbaycan mədəniyyət axşamı keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Berlində Azərbaycan mədəniyyət axşamı keçirilib

Sosial

07 Mart 2019 21:47 787


“Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-də “İTB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamı tədbirinin açılışında vurğulayıb. 

Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloqqer və influenserler iştirak etdiyi gecədə Azərbaycan musiqisinin tanıtımı məqsədilə milli musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.  Toyuqlu pizza

Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi çərçivəsində Azərbaycanın görməli yerləri nümayiş etdirilib.

Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da  tədbirdə çıxış edərək Azərbaycanın turizm potensialının zənginliyi haqqında danışıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!