Beş ayda Rusiyaya 261 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib

saytların hazırlanması

Evə çatdırılma

Beş ayda Rusiyaya 261 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib

İqtisadiyyat

28 İyun 2019 13:20 1262


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub. 

“Yeni Sabah” xəbər verir ki, icmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 17 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları və ya 18 faiz  artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2019-cu ilin ilk beş ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz,  Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb.  pizza hut

Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda mahlıc  (68,1 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı  (62 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!