Beş rayonda mağazalardan oğurluq edən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Beş rayonda mağazalardan oğurluq edən tutuldu

Kriminal

01 İyun 2019 08:04 933


İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Təzəkənd kənd sakini Ramiz Səmədov ona məxsus mağazadan mayın 26-ı gecə saatlarında ümumi dəyəri 1500 manat olan müxtəlif siqaretlərin, spirtli və digər içkilərin, eləcə də pulun oğurlanması barədə məlumat verib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Keçirilmiş tədbirlər nəticəsində həmin oğurluğu edən şəxsin Goranboy rayon sakini, əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib . E.Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayət əməllərini törətdiyi məlum olub. Pepperoni pizza

Faktla bağlı saxlanılan şəxs barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!