Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyadan qaçdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyadan qaçdı - Foto

Dünya

06 Dekabr 2024 22:35 6549


Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi ilə bağlı məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, tanınmış ərəb jurnalist və "Qlobal Arab Netvork"un sahibi Hassan İbrahim bu barədə açıqlama verib. O, Bəşər Əsədin ailəsi ilə birlikdə Suriyadan ayrıldığını və bu məlumatın artıq rəsmi təsdiqini tapdığını bildirib.

Hazırda Əsədin hansı ölkəyə getdiyi və bu addımın arxasında hansı səbəblərin dayandığı barədə ətraflı məlumat verilmir. Bu xəbər regional və beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub. pizza sifarişi

Qeyd edək ki, Suriyada uzun illərdir davam edən daxili münaqişə və siyasi gərginliklər fonunda belə bir hadisənin baş verməsi regionda yeni siyasi və hərbi dəyişikliklərə yol aça bilər. Təfərrüatlar hələlik gözlənilir. .


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!