Bəşər Əsəd Suriyadan belə qaçıb - Detallar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bəşər Əsəd Suriyadan belə qaçıb - Detallar açıqlandı

Dünya

11 Dekabr 2024 16:43 6980


Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib. 

Bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, izləmək mümkün olmasın. Sezar pizza

"Bloomberg"in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona dərhal razılaşarsa, təhlükəsiz şəkildə ölkədən çıxış təklif ediblər.

Qeyd edək ki, dekabrın 8-də Suriya dövlət televiziyası Suriya lideri Bəşər Əsəd rejiminin süqutunu elan edib. Telekanal "böyük Suriya inqilabının qələbəsi və Əsədin cinayətkar rejiminin devrildiyini" elan edib. Kreml Əsədin Rusiyadan sığınacaq aldığını təsdiqləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!