Beyləqan sakinləri 5 kiloqramdan çox heroinlə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Beyləqan sakinləri 5 kiloqramdan çox heroinlə tutuldu

Kriminal

29 İyun 2022 09:12 949


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar. Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər.

Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. Toyuqlu pizza

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!