Beyləqandakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Beyləqandakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə

12 Yanvar 2026 11:21 4132


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beyləqan rayonunda 5 nəfərin zorakılığına məruz qalan yeniyetmə ilə bağlı araşdırma aparıb.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb: Toyuqlu pizza

“Yetkinlik yaşına çatmayanın ailəsi eləcə də, yeniyetmənin vəziyyəti qiymətləndirilib. Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Beyləqan Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov “Yeni Sabah”a açıqlamasında hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

“Məsələ ilə bağlı Beyləqan rayon Polis Şöbəsində tədqiqat aparılır. Əlavə məlumatımız yoxdur”, - o söyləyib. 

Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldəniz Əliyev
    Çox tərbiyəsizlik baş vetib gedir belələronə gülələmə düşür
    4 months ago