Bəzi küçələr “zibil poliqonu”nu xatırladır – Bələdiyyələr hara baxır?

saytların hazırlanması

Evə çatdırılma

Bəzi küçələr “zibil poliqonu”nu xatırladır – Bələdiyyələr hara baxır?

Sosial

02 İyul 2020 17:02 1918


Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı ərazidir.

Yenisabah.az xəbər verir ki, əsasən paytaxtın kənar qəsəbələri və mərkəzə uzaq olan küçələrində təmizlik antisanitar işlər zəif aparılır. Ya zibil yığan maşınlar gec-gec gəlir, bəzəndə heç gəlmir. Bu zamanda zibillər yığılır yığılır dözülməz həddə çatır.

Maraqlıdır, bu kimi məsələlərlə məşğul olan qurumlar, problemli ərazilərin mənsub olduğu bələdiyyələr mövcud vəziyyəti görmür, yoxsa, görməzdən gəlir? Dördpendirli pizza

Məsələyə münasibət bildirən Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, Bakı və onun ətrafında formalaşdırılan 53 Bakı bələdiyyəsinin inzibati ərazi forması bəllidir:

“Yəni hər birinin öz ərazi bölgüsünü mövcuddur. Lakin bu gün bələdiyyələrin öz ərazi mülkiyyətində olan torpaqlar haqqında tam məlumatı yoxdur. Çünki nə bələdiyyə ərazilər təhlil edilir, nə də bələdiyyələrin tam olaraq ixtiyarına verilib. İkincisi də, bu kimi məsələlərin icrası həmin ərazilərdə formalaşmış rayon kommunal-təsərrüfat birliklərinin balansındadır.

Lakin bəzi ərazilərin bələdiyyələrin tam mülkiyyətində olmadığı üçün həmin proseslər hüquqi cəhətdən  hələ tam həyata keçirilmir. Eyni zamanda bu kimi işləri gerçəkləşdirmək üçün bələdiyyələrdə nəzərdə tutlan maliyyə də yoxdur. Maliyyə olmadığına görə ərazilərdə hər hansı işlərin görülməsi, əlavə maşın alınmasına qanunvericilik də imkan vermir.

Yəni bu gün Azərbaycan bələdiyyələrində bəzi sosial layihələrin həyata keçirilməsi üçün kifayət qədər maliyyə yoxdur. Hazırda ölkədə pandemiyanın yaratdığı problemlərə görə yardımlar bələdiyyələrə edilməlidir.

Çünki artıq bələdiyyələrin maliyyəsi tükənib. Fikrimcə, belə məsələlərdə sakinlər bələdiyyələ dəstək göstərməlidir. Vergilərimizi vaxtında verməliyik ki, bələdiyyələrin büdcəsində müəyyən qədər vəsait olsun”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!