Mən artıq dedim ki, bizim strateji məqsədimiz Ermənistanın dövlətini, suverenliyini və müstəqilliyini möhkəmləndirməkdir. Bu istiqamətdə irəliləyişimizi davam etdirəcəyik.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, müəyyən qüvvələr Qarabağ məsələsindən yalnız bir məqsəd üçün istifadə ediblər: Ermənistanda dövlətçiliyin yaranmasının qarşısını almaq. Marqarita pizza
Paşinyan deyib: "Bu inam zaman keçdikcə məndə güclənir".
Ermənistanın baş naziri təkrar edib ki, 1996-cı il Lissabon sammitindən sonra Dağlıq Qarabağ məsələsi yox idi.
“Biz bu reallığı qəbul etmədik. Bu, bizim dərin köklü problemlərdən biridir, o cümlədən hökumətimizin problemidir. Nəticədə reallıqla qarşıya qoyduğumuz hədəflər arasında keçilməz uçurum yarandı, - deyə Paşinyan izah edib - Mənim vəzifəm Ermənistanın gələcəyidir və bütün diqqətimi bu işə yönəltmişəm”.
Telegram kanalımız