“Bəziləri kimi seçicinin qarşısında ağlamırıq” - Deputatlığa namizəd 

saytların hazırlanması

Evə çatdırılma

“Bəziləri kimi seçicinin qarşısında ağlamırıq” - Deputatlığa namizəd 

Siyasət

29 Avqust 2024 11:00 322


Növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Artıq üç gün sonra seçiciləri Milli Məclisdə təmsil edəcək növbəti çağırış deputatların adları məlum olacaq. Hazırda müxtəlif dairələr üzrə namizədlər arasında qızğın mübarizə gedir. Deputatlığa iddialı namizədlərdən biri də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir. 

O, Yenisabah.az-a açıqlamasında bildirib ki, namizədi olduğu dairə üzrə seçki kampaniyası yüksək səviyyədə təşkil edilir: 

“Bildiyiniz kimi, bizim seçki marafonu yavaş-yavaş sona yaxınlaşır. Mən seçkilərdə çox iştirak etmişəm və yetərincə təcrübəm var. Ölkənin istənilən yerində seçki kampaniyası aparacaq gücü özümdə hiss edirəm. Hazırda 10 saylı Binəqədi üçüncü seçki dairəsində namizədliyimi vermişəm. Seçki kampaniyamız yüksək səviyyədə gedir. Seçicilərlə mütəmadi görüşlər keçiririk. Görüşlərimiz istər qapalı, istərsə də açıq məkanda baş tutur. Sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edirik. İnsanlar küçə və məhəllə görüşlərində kifayət qədər aktiv iştirak edir”.  Toyuqlu pizza

Elşad Musayev qalib gələcəyinə tam əmin olduğunu diqqətə çatdırıb:

“Biz öz planlarımızı, proqramlarımızı təqdim edirik. Bəziləri kimi seçicinin qarşısında ağlamırıq, şikayət etmirik. Çıxış yolları göstəririk, çatışmayan cəhətləri açıq-aydın deyirik. Ölkəmizlə bağlı məsələləri seçicilərimizlə birlikdə müzakirə edirik. Bizə qarşı heç bir maneçilik yoxdur. Seçki kampaniyası dövrü olduqca rahat davam edir. Düzdü, ənənəvi olaraq bir qisim namizədlər şikayət edir. Mən seçkilərə qatılan namizədlərə demək istəyirəm ki, daha optimist olsunlar. Ümumiyyətlə, bizim komandamız olduqca yaxşı işləyir. Ümumi atmosfer yaxşıdır. Müxtəlif sosial təbəqələr var ki, onlarla bizim fərdi görüşlərimiz də olub. Bizim həmin ərazidə güclü seçici dəstəyimiz var və qalib gələcəyimizə əminik. Biz ölkədə ən yaxşı seçki kampaniyası aparırıq”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!