BİABIRÇILIQ: 4 qadın evli kişiyə görə oteldə saçyolduya çıxdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

BİABIRÇILIQ: 4 qadın evli kişiyə görə oteldə saçyolduya çıxdı - Video

Hadisə

21 İyul 2023 17:41 1859


ABŞ-da qəribə hadisə yaşanıb. 4 qadın evli kişi üstündə saçyolduya çıxıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Las-Veqasın ən dəbdəbəli otellərindən birində baş verib.

Belə ki, qadın rəfiqəsi ilə birlikdə əri ilə tutduğu 2 qadına hücum edib. Qadınların davası sosial mediada viral olub.  Sezar pizza

Yerli polisin məlumatına görə, qadın ərini kazinoda 29 və 24 yaşlı 2 qadınla birlikdə görüb. Qeyd olunub ki, otelin mühafizəçiləri davanın qarşısını çətinliklə ala biliblər.

Hücuma məruz qalan qadınların sözlərinə görə, onlar oteldən çıxıb kazinoya gedərkən arxadan gözlənilmədən hücuma məruz qalıblar.

Qadınlardan biri evli  kişi ilə münasibətdə olduğunu etiraf edib.

Bildirilir ki, adı davada hallanan ər və arvadın kimlikləri təhlükəsizlik səbəbiylə açıqlanmayıb. Polis hadisə ilə bağlı istintaqın başladıldığını bildirib.

Həmin görüntüləri təqdim edirik:

Gülxanım ƏLİYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!