Biləcəridə açıq sahədə baş verən yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Biləcəridə açıq sahədə baş verən yanğın söndürüldü

Hadisə

05 Avqust 2023 18:34 1135


Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumat verilib.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə müddətində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb. pizza

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!