Biləsuvarda bir nəfərə məxsus iki evdə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda bir nəfərə məxsus iki evdə yanğın oldu

Hadisə

07 Dekabr 2025 21:55 904


Biləsuvar rayonunda iki evdə yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evlərində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Dördpendirli pizza

Yanğın nəticəsində ümumi sahəsi 135 kv.m olan 4 otaqlı ev tamamilə, ikincisi, sahəsi 143 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, evlərin sahibinə maddi ziyan dəyib.

İlkin məlumata görə, yanğın elektrik naqilində olan qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!