Biləsuvarda dəhşətli qətl

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda dəhşətli qətl

Kriminal

10 May 2019 08:44 1887


Biləsuvarda qətl törədilib. Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cu il təvəllüdlü Rafiq Mehtiyev həmkəndlisi 1992-ci il təvəllüdlü Elton Məmmədov öldürüb. Bildirilir ki, R.Mehtiyevlə E.Məmmədov arasında qısqanclıqla bağlı aralarında problem yaranıb.

Rafiq Mehtiyev məsələni həll etmək üçün Elton Məmmədovu atasına məxsus çayxanının yanına çağırıb. Bundan sonra R.Mehtiyev E.Məmmədova məxsus "VAZ 21011" avtomobilə minərək sonuncunun döş qəfəsindən bıçaqla zərbə vurub. pizza hut

E.Məmmədov hadisə yerində keçinib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Mehtiyev hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

Araşdırmalar davam edir.

Lent.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!