Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib. pizza mizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız