Biləsuvarda narkokuryer saxlanıldı - 16 kq

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda narkokuryer saxlanıldı - 16 kq

Kriminal

25 Mart 2022 10:19 370


Biləsuvarda 16 kq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Sezar pizza

Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!