“Toyota” ağaca çırpıldı: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

“Toyota” ağaca çırpıldı: Xəsarət alan var

Hadisə

11 İyun 2023 18:33 677


Biləsuvarda “Toyota” ağaca çırpılıb, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. pizza sifarişi

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!