Bill Qeyts yenidən dünyanın ən varlı insanı ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Bill Qeyts yenidən dünyanın ən varlı insanı ola bilər

İqtisadiyyat

02 Sentyabr 2019 20:39 1480


Bill Qeyts uzun müddət dünyanın ən varlı adamı sayılıb. Amma xeyriyyəçilik fəaliyyəti mövqeyi onun əlindən alıb. “Microsoft” şirkətinin rəhbərinin indiyə qədər bu işlərə 36 milyard dollar xərclədiyi bildirilir.

“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, Qeyts dünyanın ən zəngin insanı adını qaytarmağa yaxınlaşır. Amerikalı iş adamının sərvəti 107 milyard dollara çatıb. 

Onu birinci yerdə olan Ceff Bezosdan 4 milyard dollar ayırır. pizza mizza

Əslində, Bezosun da sərvəti xeyli çox olmalıydı. Amma həyat yoldaşı Makkenzidən boşanmaq ona təxminən 35 milyard dollara başa gəlib. İndi Makkenzinin 35,7 milyard dolları var və siyahıda 21-ci yerdədir.

Bill Qeyts son bir ildə sərvətini 16,4 milyard dollar artıb. Ceff Bezos isə heç Makkenziyə verdiyi məbləği saymadan da çox geriləyib. “Amazon” şirkətinin rəhbəri son bir ildə 14,1 milyard dollar itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!