Binadan yıxılan qız Bakıya gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Binadan yıxılan qız Bakıya gətirildi

Sosial

12 Mart 2019 18:35 936


Mingəçevirdə beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalan qızı Bakıya gətiriblər.

Bu barədə qızın yaxınları bildiriblər. Belə ki, ötən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Adıgözəlova Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır. Dominos pizza

Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Adıgözəlova yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!