Binədə daha 4 yolda təmir gedir

saytların hazırlanması

Evə çatdırılma

Binədə daha 4 yolda təmir gedir

Sosial

18 Mart 2019 17:29 1010


Cari ilin əvvəlindən Binə qəsəbəsində start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, bu hər birinin uzunluğu 1.5 km, eni isə 5.5 metr olan Sabir və Nəsimi küçələridir. Küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Hazırda isə təmir-tikinti işləri 2 yaşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17.5 km, sahəsi isə 120 min kv.m-dir. pizza sifarişi

"161 nömrəli" küçəs boyu asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır. Bu küçədə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin Novruz bayramına qədər yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!