Binəqədidə ehtiyatsızlıqdan adam öldü, cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə ehtiyatsızlıqdan adam öldü, cinayət işi başlandı

Hadisə

02 Avqust 2023 19:16 1344


Avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, aparılan araşdırmarla 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!