Kanadanın “British Columbia” əyalətində bir müddətdir isti hava şəraiti ilə əlaqədar ölənlərin sayı günbəgün artır.
Yenisabah.az xəbər verir ki, 25 iyun-1 iyul tarixləri arasında ölkədə isti hava 719 insanın həyatına son qoyub.
“British Columbia” Ədli Tibb İnstitutunun rəhbəri Lisa Lapointe açıqlamasında istilər səbəbilə 7 gün ərzində qeydə alınan ölümlərin normalda bir həftə ərzində gözlənilən ölüm sayından üç dəfə çox olduğunu bildirib. pizza mizza
Digər tərəfdən, “British Columbia”da hava şəraiti və şimşək səbəbilə meşə yanğınları da artıb. İstiliyin ən güclü olduğu və rekord temperaturun qeydə alındığı Lytton kəndində bütün evlər yanıb. Meşə yanğınının xəritədən sildiyi Lytton iyunun 30-da alovlar səbəbiylə boşaldılıb, təxminən min nəfər evakuasiya edilib.
Qeyd edək ki, ABŞ-da da hava şəraiti ilə əlaqədar 79 nəfər ölüb.
Telegram kanalımız