Son vaxtlar Afaq Aslanla bağlı əsası olmayan xəbərlərin paylaşılması ifaçını özündən çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda ifaçı sosial şəbəkədə paylaşım edərək səhifə adminlərini hədələyib:
“Deməli, ”Facebook”da hər yerindən duran bir səhifə açır. Ucuz reytinqlər xatirinə ağzına gələni yazır. Təsəvvür edin, bu səhifənin admini keçmiş hərbçi imiş... Hələ şantaj xarakterli “Siz kimlə danışdığınızı bilmirsiniz” deyir. Siz deyəsən, hələ məni yaxşı tanımırsız. İşarəm yetərlidir. Bundan başqa, ''Azəri Kanal'' bilib- bilmədən videorolik hazırlayıb, reytinq xatirinə məlumatlar yazır özündən. Pepperoni pizza
Siz və sizə sifarişlə bu xəbəri yazdıranlar, sizinlə işim hələ bitməyib!!! Ehtiyatlı olun ki, haqqımda bilib-bilmədən, onun- bunun sifarişi ilə yazdığınız yazılar sonra öz başınıza bəla olmasın!!!”.
Əsmətxanım
Telegram kanalımız