Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar -   Buna görə bahadır

saytların hazırlanması

Evə çatdırılma

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

İqtisadiyyat

05 Dekabr 2025 15:21 16409


Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymətə olanlarını da tapmaq mümkündür. Bəs bu çərəz niyə belə bahadır?

İqtisadçı Akif Nəsirli “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycanda Antep fıstığının qiymətinin artmnasının bir neçə səbəbi var:

“Antep fıstığı əsasən idxal olunan məhsuldur, daxili istehsal çox azdır. Bazarda təklif tələbi qarşılamadığında qiymət artır. Dünya bazarında Türkiyə, İran və ABŞ kimi ölkələrdən gələn məhsulun qiymətləri də yüksəldikdə, Azərbaycanda da qiymət artır”. Dominos pizza

Onun sözlərinə görə, valyuta kursu dəyişiklikləri və nəqliyyat xərclərinin bahalaşması da qiymətə təsir edir: “Bundan başqa, son vaxtlar Dubay şokoladı kimi məhsulların hazırlanmasında Antep fıstığından geniş istifadə olunur, bu da tələbi artırır və qiymətləri daha da yüksəldir”.

Ekspert, əlavə edib ki, qiymət fərqləri məhsulun növü, keyfiyyəti və qablaşdırmasından asılıdır:

“Bazarda 48-50 manatlıq standart məhsullar var. Daha keyfiyyətli və ya xüsusi qablaşdırılmış növlər isə 70-100 manata satılır”.

Yeri gəlmişkən, qeyd edək ki, bahalığa baxmayaraq, Antep fıstığı yüksək qida dəyərinə görə geniş tələbat görməyə davam edir. Qida üzrə mütəxəssislər bildirirlər ki, fıstıq protein, sağlam yağlar, lif və antioksidantlarla zəngindir. Onun tərkibindəki B6 vitamini, kalium və digər minerallar ürək-damar sisteminin fəaliyyəti, həmçinin immunitetin güclənməsi üçün əhəmiyyətlidir.

Tədqiqatlara əsasən, müntəzəm və normaya uyğun qəbul edilən Antep fıstığı qan şəkərinin tənzimlənməsinə, xolesterinin aşağı salınmasına, eləcə də həzm sisteminin yaxşılaşmasına yardımçı ola bilər. Bununla belə, mütəxəssislər duzlu və ya şirinləşdirilmiş fıstıq məhsullarının sağlamlığa eyni faydanı vermədiyini bildirirlər.

Hazırkı vəziyyətə görə, Antep fıstığı ölkədə ən bahalı çərəzlərdən biri olaraq qalır və yaxın dövrdə ciddi ucuzlaşma gözlənilmir.

Xatırladaq ki, hazırda Azərbaycanda 1 kq mal əti 17-18 manata satılır. Bir kq Antep fıstığının qiymətinə təxminən 6 kq ət almaq olar.  

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!