Bir kukla düzəltdi, 20 milyard dollar qazandı...

saytların hazırlanması

Evə çatdırılma

Bir kukla düzəltdi, 20 milyard dollar qazandı...

İqtisadiyyat

31 Avqust 2025 09:08 29728


“Pop Mart”ın rəhbəri Vanq Ninq bu il sərvətini 20 milyard dollar artırıb. “Labubu” oyuncaqlarına artan tələbat “Pop Mart International Group”un qurucusu və rəhbəri Vanq Ninqi dünyanın ən çox qazanan milyarderlərindən birinə çevirib.

Valyuta.az xəbər verir ki, şirkətin səhmləri 2025-ci ildə 250%-dən çox bahalaşıb. Bu artım nəticəsində Vanq Ninqin sərvəti 20 milyard dollar yüksələrək 27,5 milyard dollara çatıb. O, ilin əvvəlində siyahının 400-cü yerində olduğu halda hazırda 79-cu pillədə qərarlaşıb və 24,2 milyard dollarlıq sərvətə sahib investor Peter Thieldən daha varlıdır.

Bununla yanaşı, “Pop Mart”ın ilk yarımildə gəlirləri ötən illə müqayisədə üç dəfə artaraq 13,9 milyard yuan (təxminən 1,9 milyard dollar) olub. Şirkətin əməliyyat mənfəəti isə beş dəfə artaraq 6 milyard yuana çatıb. Gəlirlərin üçdə birini “Labubu”nun da daxil olduğu “Bədheybətlər” kolleksiyası təmin edib. Toyuqlu pizza

Qeyd edək ki, “Pop Mart” 2020-ci ildə Honq Konq birjasında IPO etmişdi. O vaxtdan bəri şirkətin səhmləri dəfələrlə bahalaşıb və hazırda ABŞ bazarında təxminən 44 dollardan ticarət olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!