Aparıcı Zaur Baxşəliyev həmkarı Vüsalə Əlizadə ilə bağlı paylaşım edərək onu efirə geri dönməyə səsləyib.
Yenisabah.az xəbər verir ki, Zaur qardaşı vəfat etdikdən sonra televiziyadan uzaqlaşan Vüsalənin yenidən işə qayıtmalı olduğunu bildirib:
"Əziz insan, dərd azar kimidir, batmanda gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan. İndi üzərinə daha böyük məsuliyyət düşür. Sən işinin başına dönməlisən. Səni minlərlə tamaşaçı gözləyir. Qayıt, aramıza gəl və davam et. Onun da ruhu şad olar. Çünki o, səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah, efirə davam". Sezar pizza
Qeyd edək ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə yol qəzasında vəfat edib.
Telegram kanalımız