Birbank Biznes-də dostluq qazandırır

saytların hazırlanması

Evə çatdırılma

Birbank Biznes-də dostluq qazandırır

İqtisadiyyat

20 Avqust 2025 13:00 312


Sahibkarlara yeni fürsətlər yaradan Birbank Biznes müştərilərinə daha çox qazandıran “Dostunu dəvət et” proqramına start verir. Proqram sahibkar dostlarını Birbank Biznes mobil tətbiqinə dəvət edən hər kəsə 50 AZN-dək pul qazanmaq şansı yaradır.  

Bunun üçün Birbank Biznes müştəriləri mobil tətbiqdə “Dostunu dəvət et” bölməsinə keçid edərək dəvət linkini Birbank Biznes müştərisi olmayan dostlarına göndərə bilərlər. Həmin şəxs qeydiyyatdan keçib 30 gün ərzində 10 AZN dəyərində ilk əməliyyatını həyata keçirdikdə isə hər iki tərəf 10 AZN pul mükafatı qazanır. Dəvət edən istifadəçi ay ərzində 50 AZN-dək pul qazana bilər. Qeyd edək ki, bu limit hər ay yenilənir. 

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. Marqarita pizza

Qeyd edək ki, Birbank Biznes Kapital Bank-ın əmtəə nişanıdır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!