Bitkoinin qiyməti ABŞ Federal Ehtiyat Sisteminin daha yumşaq pul siyasətinə keçəcəyi ilə bağlı artan gözləntilər fonunda rekord həddə çatıb.
Yenisabah.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qiyməti 0,9% artaraq 124 min dollara çatıb. Bu da bütün zamanların ən yüksək səviyyəsi hesab olunur. Marqarita pizza
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan "Etherium"un isə qiyməti 4,780 dollara çatıb ki, bu da 2021-ci ilin sonundan bəri ən yüksək səviyyədir.
Telegram kanalımız