“Biz birlikdə güclüyük” şüarı altında yaşıllıq salındı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Biz birlikdə güclüyük” şüarı altında yaşıllıq salındı - Fotolar

Sosial

17 Aprel 2020 18:01 1114


Təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının  fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!" şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, keçmiş Yod brom zavodunun tullantılardan təmizlənmiş  ərazisində  Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaqla  minlərlə müxtəlif cinsli ağac əkilib. 

Qeyd edək ki, Sovet dönəmindən uzun illər çirklənmiş torpaqlar kimi istifadəsiz qalmış keçmiş Yod brom zavodunun ərazisi son illər təmizlənərək bərpa edilir, yaşıllıq salınaraq sağlam zonaya çevrilir. Marqarita pizza

Koronavirusla mübarizədə ön cərgədə gedən, həyatlarını risk altına atan həkimləri və xalqımızın asayişinin və sağlamlığının keşiyində gecə-gündüz çalışan polisləri alqışlayır, onlara inanır və güvənirik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!