“Bizim heç bir muzdluya ehtiyacımız yoxdur” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Bizim heç bir muzdluya ehtiyacımız yoxdur” - İlham Əliyev

Siyasət

25 Oktyabr 2020 10:52 550


"Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində yüzlərlə suriyalı silahlının Azərbaycan Ordusunun tərkibində vuruşmasına dair sualı cavablandırarkən söyləyib.

O qeyd edib ki, bütün bu iddialar əsassızdır və feyk xəbərlərdir: Marqarita pizza

"Bizim onlara ehtiyacımız yoxdur. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!