“Bizim üçün hər xal önəmlidir” - Ayxan Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Bizim üçün hər xal önəmlidir” - Ayxan Abbasov

İdman

08 Oktyabr 2022 22:34 1021


"Səfərdə bu komanda ilə oynamaq çətin idi. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq".

Yenisabah.az xəbər verir ki, bunları "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Bakcell Arena"da "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis meydana ciddi itkilərlə çıxdıqlarını bildirib: "Runi Eva iki tur zədəli oynadı. Ona istirahət verdik. Rotasiyalar normaldır. Bu ay 5 oyun keçirəcəyik. Bu gün bəzi yeni futbolçulara şans verdik. Uğurlu çıxış etdilər". Toyuqlu pizza

O, ikinci hissədə zədələnən Ehtiram Şahverdiyevin durumuna da toxunub: "Başından zərbə aldı. Meydanda qalması riskli idi. İndi durumu ilə maraqlandım. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək. Ümid edirəm ki, ciddi deyil"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!