Blinken və Fidan Suriyaya dair müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Blinken və Fidan Suriyaya dair müzakirə apardı

Dünya

07 Dekabr 2024 11:11 465


Dekabrın 6-da ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Suriyadakı hadisələri müzakirə edib.

Yenisabh.az Anadolu-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.

Blinken Suriyada, azlıqlar da daxil olmaqla, mülki şəxslərin qorunmasının, münaqişənin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq siyasi yolla həllinin zəruriliyini vurğulayıb. pizza mizza

Hakan Fidan Blinkenə deyib ki, terror təşkilatlarının, o cümlədən PKK və İŞİD ölkədəki Suriyadakı xaosdan istifadə etmələrinə imkan verilməməlidir.

Türkiyə Xİn rəhbəri əvvəlki səhvləri təkrarlamamağın vacibliyini qeyd edib və vurğuladı ki, bu mərhələdə rejim realist davranmalı, müxalifətlə dialoq qurmalı və siyasi prosesə başlamalır və regiondakı bütün oyunçular bu istiqamətdə konstruktiv rol oynamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!