Bloqqeri döyən şəxslər saxlanıldı - Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Bloqqeri döyən şəxslər saxlanıldı - Bakıda

Hadisə

03 Yanvar 2020 11:32 1120


Bakı polisi blogger Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib.

"Yeni Sabah" bildirir ki, bu barədə D.Babayev sosial şəbəkə hesabında məlumat verib. 

D.Babayev təzyiqə məruz qalması ilə bağlı həssaslıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. Marqarita pizza

O deyib ki, tez bir zamanda həmin şəxsərin müəyyən olunaraq tapılmasını təmin edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq, təhqiqat-araşdırmalarına cəlb edib: "Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir".

D.Babayev bildirib ki, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb: "Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırmanının nəticəsində məlum olacaqdır. Bir daha Azərbaycan Polisinə təşəkkür edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!