BMT Baş katibi Əfqanıstanla bağlı xüsusi iclas çağırdı

saytların hazırlanması

Evə çatdırılma

BMT Baş katibi Əfqanıstanla bağlı xüsusi iclas çağırdı

Dünya

26 Avqust 2021 23:49 1100


BMT-nin Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin səfirləri ilə Əfqanıstanla bağlı görüşmək niyyətində olduğunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş katib jurnalistlərə açıqlamasında deyib.

"Kabildə baş verən dəhşətli terror hücumlarını şiddətlə qınayıram və ölənlərin ailələrinə başsağlığı verirəm", - Quterreş bildirib. Marqarita pizza

Qeyd edək ki, Kabildə bu gün baş verən partlayışlarda, ən son məlumatlara görə, 60-dan çox insan həlak olub, 150 nəfər yaralanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!