Birləşmiş Millətlər Təşkilatının Humanitar məsələlərini Əlaqələndirilməsi Ofisi Somalinin Sool bölgəsində yaşayan qadınlar və uşaqlar da daxil olmaqla təxminən 1000 nəfərin məcburi köçkünlüyünə görə açıqlama verdi.
Yenisabah.az xəbər verir ki, təşkilat mülki şəxslərin 2-3 oktyabrda təhlükəsizlik problemləri səbəbiylə gözaltına alındıqdan sonra köç etmək məcburiyyətində qalmasından çox təəssüfləndiyi ifadə edib. Və bu qərarın təhlükəsizlik baxımından alındığı bildirilib.
Açıqlamada, beynəlxalq və yerli yardım təşkilatlarının köç etmək məcburiyyətində qalan insanlara dəstək vermələri də istənildi. Pepperoni pizza
Qeyd edək ki, müxalif qruplar mərkəzi hökumət qura bilmədikdən və bir -biri ilə toqquşmağa başladıqdan sonra 1991 -ci ildə Somaliland müstəqilliyini birtərəfli şəkildə elan etdi. Uzun illərdir siyasi qarşıdurma yaşadığı Somalinin muxtar bölgəsi Somaliland, keçən il Somali ilə danışıqlarda müstəqillik arzusundan əl çəkməyəcəyini açıqlayıb.
Nəzrin Vahid
Telegram kanalımız