BMT-nin Livandakı mənzil-qərargahında yenidən partlayışlar

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin Livandakı mənzil-qərargahında yenidən partlayışlar

Dünya

11 Oktyabr 2024 22:59 949


Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Naqura şəhərindəki qərargahı yaxınlığında yenidən partlayışlar baş verib, iki sülhməramlı yaralanıb.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidməti məlumat yayıb.

"Bu səhər, son 48 saat ərzində ikinci dəfədir ki, UNIFIL-in qərargahında partlayışlar baş verib. Müşahidə qülləsi yaxınlığında baş verən partlayışlar nəticəsində iki sülhməramlı yaralanıb", - press-relizdə qeyd olunub. pizza hut

Yaralılar xəstəxanaya çatdırılıblar.

Bundan sonra İsrail ordusunun buldozeri İsrail-Livan sərhədi yaxınlığında, Labbuna bölgəsində UNIFIL mövqelərindəki maneələri dağıdıb və beləliklə, İsrail ordusunun tankları BMT mövqelərinin bilavasitə yaxınlığında yerləşdirilib.

"Sülhməramlılarımız yerində qalıb və yardım göstərmək və mövqeləri gücləndirmək üçün UNIFIL-in çevik reaksiya qüvvələri göndərilib", - məlumatda bildirilir.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti izahat verib ki, İsrail hərbçiləri onları təhdid edən, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin postunun yanında yerləşən hədəfi atəşə tutub və sülhməramlılar təsadüfən bu atəşə tuş gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!