BMT Qarabağa dair razılaşmanı dəstəkləyib

saytların hazırlanması

Evə çatdırılma

BMT Qarabağa dair razılaşmanı dəstəkləyib

Siyasət

11 Noyabr 2020 08:18 937


BMT Moskva, Bakı və İrəvan arasındakı razılaşmanı alqışlayır və razılaşmaların həyata keçirilməsində tərəflərə kömək üçün hər şeyi edəcək.

Yenisabah.az xəbər verir ki, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.

“Rusiya rəhbərliyinə gördükləri işə görə çox minnətdarıq”, - deyən Düjarrik, BMT Baş katibi Antonio Quterreşin razılaşma ilə bağlı məlumatları alan zaman “rahat nəfəs aldığını” bildirib. Marqarita pizza

“Rahatlıq hissimiz bunun mülki əhalinin çətinliklərinə son qoyacağına ümid etməyimizlə bağlıdır. Bu razılaşmanın əldə olunmasını alqışlayırıq. Tərəflərə bu razılaşmaların həyata keçirilməsində dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə təşkilat rəsmisi qeyd edib. (RİA Novosti)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!