BMT səfirini öldürmək istəyənlər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

BMT səfirini öldürmək istəyənlər həbs olundu

Dünya

07 Avqust 2021 11:49 1047


2 Myanma vətəndaşı Tayland silah alverçisi ilə Myanmanın BMT -dəki səfirinə sui-qəsd təşkil etmək cəhdinə görə Nyu-Yorkda həbs edilib.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu ilin fevral ayında ordu tərəfindən devrilən Myanmanın seçilmiş mülki hökumətini təmsil edən səfir Kyau Mo Tun təhdid olunduğunu bildirib.

O, ABŞ səlahiyyətlilərindən təhlükəsizliyinin təmin edilməsini istəyib. Dominos pizza

Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu 28 yaşlı Fio Heyn Htut və 20 yaşlı Ye Heyn Zaunun xarici məmura sui-qəsddə ittiham edildiyini, maksimum 5 il həbs cəzası ala biləcəklərini açıqlayıb.

Səfir hadisəyə münasibət bildirmək istəyinə dərhal cavab verməyib. Myanma xuntası onu fevral ayında işdən qovub, lakin Kyau Mo Tun indiyə qədər BMT elçisi olaraq qalır, çünki Birləşmiş Millətlər Təşkilatı xuntanı tanımır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!