“Boeing” şirkəti qara zolaqda – Rusiya məhkəməyə verir, Azərbaycan isə…

saytların hazırlanması

Evə çatdırılma

“Boeing” şirkəti qara zolaqda – Rusiya məhkəməyə verir, Azərbaycan isə…

Dünya

27 Avqust 2019 14:47 1457


Rusiyanın "Aviakapitalservice" şirkəti “Boeing” korporasiyasını məhkəməyə verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nəşri yayıb. Məlumatda deyilir ki, Rusiya şirkətinin iddiasına Çikaqonun Kuk Dairə Məhkəməsində baxılacaq. 

İddia 35 ədəd “Boeing 737 MAX” təyyarələrinin alınması barədə müqaviləyə xitam verilməsilə bağlıdır. Şirkət bildirir ki, təyyarələrin alınması üçün şirkətə 35 milyon dollar depozit qoyub. İndi həmin məbləği 75 milyon dollar ititlimiş mənfəətlə birgə geri tələb edir.  pizza sifarişi

“Aviakapitalservice”in maraqlarını müdafiə edən “Podhurst Orseck” hüquq kompaniyasının vəkili Stiven Marks “Financial Times”a bildirib ki, "Boeing" kompensasiya təklif etsə də, məbləğ kifayət deyil. O həmçinin qeyd edib ki, “Boeing”in digər müştəriləri də məhkəmədə iddia qaldıra bilər.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olub. Bu ilin mart ayında həmin model təyyarənin Həbəşistan üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. 

“Boeing” korporasiyası hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

“Aviakapitalsevice“ şirkəti isə bu qəzalardan sonra “Boeing” korporasiyasını məhkəməyə verməklə ilkə imza atıb. Şirkət hesab edir ki, qəzaların səbəbi “Boeing” korporasiyasının ehtiyatsız hərəkətlərindən və qərarları üzündən baş verib.

Şirkət həmçinin iddia edir ki, “Boeing” korporasiyası təyyarələrini satmaq üçün müştərilərə onların uçuşa yararlılığı barədə doğru məlumat vermir.

Bu arada məlumat yayılıb ki, “Boeing" korporasiyası ilə aparılan danışıqlara əsasən, “Boeing 737 MAX” təyyarələrinin "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) çatdırılması ilə bağlı sazişə dəyişikliklər edilməkdədir.

AZAL-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: "Sözügedən tarixədək “Boeing 737 MAX”ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək".

2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!