Bölgədə mürəkkəb kombinasiyalı əməliyyatların sayı artacaq - TƏHLİL

saytların hazırlanması

Evə çatdırılma

Bölgədə mürəkkəb kombinasiyalı əməliyyatların sayı artacaq - TƏHLİL

Siyasət

08 Oktyabr 2024 17:56 860


Dünyada  böyük bir paylaşım savaşı, şiddəti getdikçə artan geosiyasi çəkişmə var. Əlbəttə, bizim regionu, ölkəmizi də yaxından  əlaqədar etməkdədir. Daha əvvəl də yazmışdım, özəlliklə İranın məcburi dəyişim və dönüşüm prosesi bütün region üçün sancılı olacaq. 

Bəziləri hadisələrə olduqca səthi, əzbərlənmiş ideolojiq çərçivələrdən baxmağa, tərəfgirliklə baş girləməyə çalışır, amma İpək yolu başda olmaqla  tcarət yollarına, dəhlizlərə, hakim olmaq, doğal resurslarıyla zəngin coğrafiyaları nəzarət altında tutmaq, yeni dünya nizamında əlverişli mövqelər əldə etmək çox kritik və bütün bu proseslərin mərkəzində durur məncə. Hələ buna bir də getdikçə şiddətlənən iqlim böhranları, quraqlıqlar nəticəsində yaranacaq su və ərzaq qıtlığı, iqlim miqrantları, kritik mal və sektorlar uğrunda mübarizə, köç mühəndislikləri üzərindən ölkələrin milli təhlükəsizliklərinin, daxili sabitliyinin təhdit edilməsini əlavə etsək, durumun ciddiliyi daha yaxşı anlaşılacaqdır. 

Zənnimcə, müxtəlif xüsusi xidmət orqanlarının mürəkkəb kombinasiyalı əməliyyatlarının da sayı artacaq, illərdir uyutulmuş, konservləşdirilmiş hücrələr oyanacaq. Əlbəttə, oyunqurucular və pozucular bu yolda "din" davası pərdəsi altında gizlənənlərdən, müxtəlif ideolojiq qruplardan, dövlətdə və cəmiyyətdə hakim mövqelərə yerləşdirdikləri mühüm şəxslər və təşkilatlardan da məharatlə istifadə etməyə çalışacaq. Yəni bu kimi mürəkkəb şəraitlərdə milli dövlət ağlı, dumanlı, puslu havalarda pusulayla hərəkət etmək, dəyişməz meyarları əsas almaq çox önəmlidir. Şəxsin statusundan, mövqeyindən daha çox bu çətin dövrdə heç olmadığı qədər əhəmiyyət qazanan Türkiyə - Azərbaycan qardaşlığına, Türk birliyi fikrinə bağlılıq, bu yolda əməli fəaliyyətlər, hər cür viruslara qarşı tutarlı duruş sərgiləmək, hər qardaş ölkənin öz coğrafi - tarixi reallıqlarından meydana gələn bəzi həssasiyətləri, geosiyasi çətinlikləri düzgün qavrayaraq atılan adımları toplumlara düzgün izah etmək, qardaşlığımızı müxtəlif tələlər, bəhanələrlə sarsmağa çalışan məkrli qrupları ifşa etmək mənim üçün meyardır, pusuladır.  Toyuqlu pizza

Çox faktorlu, mürəkkəb, dəqiq yanaşmalar tələb edən beynəlxalq münasibətlər sistemində  Azərbaycanın, Türkiyənin tərəfi milli maraqlarının olduğu nöqtə, Türk dünyasının yeni bir güc yüksəlişinin təmininə qapı açacaq yerdir. İsrail - Fələstin məsələsiylə bağlı müxtəlif aspektlərdən cildlərlə kitablar, məqalələr yazılıb. Əlbəttə, Qazzədə müsəlmanlara yönəlmiş bir zülüm var. Azərbaycan da Türkiyə də məsələnin həllinin iki dövlətli çözümdən keçdiyini dəfələrlə qeyd edib. Ancaq Ortadoğunun yenidın dizayn edilməsi də yuxarıda qeyd etdiyim geosiyasi mübarizənin bir parçasıdır. 

İran - İsrail, İran - Vatikan, İran - Amerika münasibətlərində aysberqin görünməyən tərəfləri daha çoxdu. Geosiyasi mübarizənin qırılma xətləri artıq ölkələrin, hakimiyyətlərin içindən keçir. Mən prosesi kimin, hansı təşkilatın hansı məqsədlərlə başlatmasından daha çox böyük oyunun, nəticənin kimin işinə yaradığına baxmaqdan yanayam. Qəbul etsək də etməsək də, Ortadoğuda yaşananlar dini - ideolojiq paradiqmaların savaşından daha çox Aralıq dənizi hövzəsində resurslar, yollar, mövqelər uğrunda gedən müharibə xarakteri kəsb etməkdədir. Zamanlama çox mühümdür. 

Hindistanda keçirilən son G-20 zirvəsində elan edilən budist Hindistanla müsəlman Səudiyyə Ərəbistanı və musevi İsraili birləşdirəcək yeni təklif edilən, həm də Orta dəhlizə alternativ olduğu iddia edilən ticarət yolunun Ortadoğuda alovlanan mübarizələrlə əlaqəsi nədir? Yaxud Ərəb ölkələriylə İsrailin normallaşmaya getməsi, Türkiyə ilə İsrailin Şərqi Aralıq dənizindəki qaz yataqlarını birlikdə işlədərək Türkiyə üzərindən Avropaya boru xətti çəkməsi məsələsində razılaşma əldə etməsi daha çox hansı ölkə və ya ölkələri narahat edə bilər? Savaş və nəticələri bu məsələlərə necə təsir edəcək? 

Proseslərə daha dərin və çox şaxəli baxmaq lazımdır. Hər bir halda bu mürəkkəb şəraitdə, nizamsızlıq çağında Şuşa bəyannaməsiylə zirvə nöqtəsinə yüksələn Türkiyə- Azərbaycan əməkdaşlığının regional və qlobal dəngələr, milli maraqlarımız baxımından nə anlam ifadə etdiyini yaxşı anlamaq lazımdır. Yaxın Şərqdə, Zəngəzur dəhlizi ətraflnda gedən  proseslər, Azərbaycan-İran münasibətlərindəki həssas istiqamətlər, İraq və Suriyədə baş verən hərəkətlənmələr, hər iki ölkədəki imperialist qüvvələrin kullanışlı aparatı olan PKK-YPG terroruna qarşı Türkiyənin həlledici mübarizə fazasına girməsi, Türkiyəni Bəsrə körfəzinə bağlayacaq 1200 kilometrlik dəmir və aftomobil yoluyla bağlı işlərə başlanması, Bağdat- Ankara yaxınlaşması və buna qarşı  bəzi paytaxtlarda gəlişdirilməyə çalışılan reflekslər qardaşlar arasında daha intensiv istişarə və güc birliyini də zəruri edir. 

Telman NÜSRƏTOĞLU 

Tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hacı Nərimanoğlu
    Ölkəmizi də əhatə edən regionda siyasi vəziyyəti araşdırmağa çalışan politoloqlar iqtisadi maraqları gərəyincə dəyərləndirməyi bacarmırlar. Telman bəyin təhlilində bu məqamların dəqiq analizi verilib. Məqalənin dili bu həqiqəti anladır ki, yazılarımızda türk dilinin, üslubunun zənginliklərindən daha gen-bol yararlanmaq mümkündür, xeyirlidir.
    2 years ago